AZ

Ət bahalaşdı: yeni qiymət bəlli oldu VİDEO

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Dana ətinin qiymətində artım müşahidə olunur.

Globalinfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakının müxtəlif yerlərində bir müddət öncə 16-17 manata təklif olunan dana əti son günlərdə 18 manata satılır.

Qəssablar bildirirlər ki, qiymətin artması onların satışlarına mənfi təsir göstərir.

Satıcılar qiymətin qalxmasına səbəb olaraq rayonlardan heyvanları baha qiymətə aldıqlarını söyləyirlər.

Qəssablar heyvanların baha satılmasının başqa bir səbəbi kimi isə yemin qiymətlərinin artmasını göstərirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
9
globalinfo.az

10Mənbələr