AZ

Güləşçimiz Avropa çempionu olub

Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.

Apasport.az xəbər verir ki, yarışın sonuncu – yeddinci günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.

Ayxan Cavadov (60 kq) bürünc medal uğrunda görüşdə Rəqib ukraynalı Yevgeni Pokovbaya 1:3 hesabıyla məğlub olub və debüt etdiyi yarışı 5-ci pillədə tamamlayıb.

Fərid Xəlilov (67 kq) üçüncülük mübarizəsində macarıstanlı Petro Jitovozla üz-üzə gəlib. Qarşılıqlı xalların qeydə alındığı görüşdə 5:3 hesablı qələbə qazanan Xəlilov bürünc medalı boynundan asıb. 

Fəraim Mustafayev (72 kq) təsəlliverici görüşdə Dimitro Vasilyevi 4:2 hesabıyla üstələyib. Güləşçimiz bürünc medal qarşılaşmasında rumıniyalı Leonard Yuraskuyla üz-üzə gəlib. Görüşün əvvəllərində 0:4 hesabıyla geri düşən Mustafayev əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb – 5:4. Beləliklə, Fəraim milli komandanın hesabına növbəti medalı yazdırıb. 

Elmin Əliyev (82 kq) isə finalda gürcüstanlı Tornike Mikeladzeylə güləşib. Rəqib 2:0 hesabıyla önə keçsə də, güləşçimiz mübarizədən qopmayıb. Təşəbbüsü ələ alan Əliyev yekunda 3:2 hesablı qələbəyə sevinərək U23 Avropa çempionu olub.

Yunan-Roma güləşi üzrə millimiz çempionatı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Yığmamız 100 xalla komanda hesabında 4-cü yeri tutub. Xatırladaq ki, bir gün öncə Fərid Sadıxlı (55 kq) gümüş, İlkin Qurbanov (63 kq) isə bürünc medal qazanmışdı.

Güləşçimiz Avropa çempionatının finalında

Günay Qurbanova yenidən Avropa çempionu oldu

Ölkə çempionatında daha 7 çəkidə finalçılar müəyyənləşib

Avropa çempionatı: Rus güləşçidən inanılmaz fənd - VİDEO

Avropa çempionatına 5 medalla start

Seçilən
17
2
apasport.az

3Mənbələr