İran hüquq-mühafizə orqanları düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən azı 500 nəfəri saxlayıb.
Publika.az xəbər verir ki, bunu ölkənin polis rəisi Rza Radan açıqlayıb.
O bildirib ki, saxlanılan şəxslər düşmən tərəfə və anti-İran media qurumlarına məlumat ötürüb. Onlardan 250-si mühüm fiqur hesab olunur. Belə ki, həmin şəxslər zərbələr üçün hədəflər barədə məlumat ötürür, müxtəlif qruplaşmalarla əlaqə saxlayır və ictimai asayişi pozmağa çalışırıblar.