İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının komandanı, briqada generalı Məhammad Karami İsrailin hava zərbələri nəticəsində öldürülüb.
Publika.az xəbər verir ki, monitorinq kanallarının yaydığı məlumata görə, general İsrailin İranın İsfahan şəhərinə endirdiyi aviazərbələr zamanı həlak olub.
Bildirilir ki, Məhammad Karami bundan bir neçə saat əvvəl İsrailin baş naziri Benyamin Netanyahunu “tapıb öldürəcəyinə” and içmişdi.