AZ

Starmer və Tramp Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

Apa.az saytına istinadən ain.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Hörmüz boğazının yenidən açılmasının qlobal dəniz daşımalarında yaranmış fasilələrin aradan qaldırılması üçün vacib olduğunu vurğulayıb.

APA xəbər verir ki, bu barədə Dauninq Stritə istinadən məlumat verilib.

Telefon danışığı ABŞ prezidentinin bir gün əvvəl Böyük Britaniya və digər ölkələri Fars körfəzinə hərbi gəmilər göndərərək mühüm neft daşınma marşrutunun təhlükəsizliyini təmin etməyə çağırmasından sonra baş tutub.

Böyük Britaniyanın energetika naziri Ed Miliband bildirib ki, London boğazın yenidən açılmasına kömək edə biləcək bütün variantları nəzərdən keçirir. Onun sözlərinə görə, bu istiqamətdə ABŞ və digər müttəfiqlərlə əməkdaşlıq da mümkündür.

Açıqlamada qeyd olunub ki, Starmer və Tramp Yaxın Şərqdə davam edən vəziyyəti müzakirə ediblər. Tərəflər qlobal daşımaların bərpası üçün Hörmüz boğazının yenidən açılmasının vacibliyini bir daha vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
6
apa.az

7Mənbələr