AZ

Hans Diter Flikdən gözlənilməz tənqid: “Bundan çox daha yaxşı oynaya bilərdik”

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İspaniya La Liqasının 28-ci turunda “Sevilya”nı 5:2 hesabı ilə darmadağın edən “Barselona”nın baş məşqçisi Hans-Diter Flik oyunsonrası açıqlamaları ilə diqqət çəkib. Alman mütəxəssis böyükhesablı qələbəyə rəğmən, komandasının oyunundakı bəzi çatışmazlıqları qabardıb.

İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, Flik xüsusilə pressinq və topun hərəkət sürətindən narazı qalıb.

“Topu itirən zaman daha yaxşı pressinq edə bilərdik. Qarşıdan Çempionlar Liqası gəlir, orada yaxşı çıxış etmək vacibdir. Dani Olmo, Espart, Kanselu əla oyun keçirdilər, lakin düşünürəm ki, biz bundan çox daha yaxşı oynaya bilərdik. Topu bir qədər yavaş hərəkət etdirirdik. Bəzən özünəinam çatışmırdı. Qavinin qayıdışı isə əla xəbərdir”, - deyə baş məşqçi bildirib.

Təcrübəli məşqçi Joao Kanselunun performansını da xüsusi qeyd edib:

“Kanseluya adaptasiya üçün müəyyən vaxt lazım idi. Son bir neçə oyunda o, möhtəşəm idi. Texniki cəhətdən inanılmaz oyunçudur. Vurduğu qol, penalti ilə nəticələnən hərəkəti və ofsayd tələsindəki oyunu… Kanselu doğru seçim idi”.

Hazırda “Barselona” 28 oyundan sonra 70 xalla turnir cədvəlinin vahid lideridir və ən yaxın izləyicisi “Real”ı (Madrid) dörd xal qabaqlayır.

Qeyd edək ki, növbəti turda “Barselona” martın 22-də öz meydanında “Rayo Valyekano”nu qəbul edəcək.

Teqlər: Hans-Diter Flik, Barselona, Sevilya, La Liqa, Joao Kanselu, Qavi

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
icma.az

2Mənbələr