ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Şahzadə Uilyam "Instagram" sosial şəbəkə hesabında anası, Uels şahzadəsi Diana ilə əvvəllər yayımlanmamış fotosunu paylaşıb.
Oxu.Az xəbər verir ki, şahzadə bu paylaşımı Böyük Britaniyada martın 15-də qeyd olunan Analar Günü münasibətilə edib.
Fotoda şahzadə Uilyam və şahzadə Diana çiçəklərlə örtülü sahədə görünürlər. Şahzadə Diana fotoqrafa gülümsəyir və oğlunun əlindən tutur.
"Bu gün və hər gün anamı xatırlayıram. Bu gün sevdiklərini xatırlayan hər kəs haqqında düşünürəm. Analar gününüz mübarək!", - deyə şahzadə Uilyam paylaşımında yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.