AZ

İranın yeni Ali rəhbərinin vəziyyəti necədir?

İranın yeni Ali rəhbəri Müctəba Hüseyni Xameneinin səhhəti yaxşıdır və ölkədəki vəziyyətə tam nəzarət edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

 

"İnqilab liderinin səhhəti yaxşıdır və vəziyyətə tam nəzarət edir", - deyə İranın baş diplomatı bildirib.

 

O, İranda vəziyyətin sabit olduğunu və dövlət qurumları və ya ordu daxilində heç bir fikir ayrılığı olmadığını da vurğulayıb.

 

Qeyd edək ki, "Al-Jarida" nəşri Müctəba Xameneinin yaralı vəziyyətdə Rusiyaya aparıldığı barədə xəbər yayıb.

Seçilən
0
3
senzor.az

7Mənbələr