"Dubay hava limanında dron hücumundan sonra uçuşlar dayandırılıb". Bakıvaxtı.az "leFigaro.fr"ə istinadən xəbər verir ki, Əmirlik hakimiyyəti, pilotsuz təyyarənin iştirakı ilə baş verən hadisə səbəbindən yanacaq çəninin alovlanmasından sonra Dubay Beynəlxalq Hava Limanında uçuşların müvəqqəti olaraq dayandırıldığını açıqlayıb. Dubay xəbər ofisi "X" platformasında bildirib :
"Dubay Mülki Aviasiya İdarəsi bütün sərnişinlərin və işçilərin təhlükəsizliyini təmin etmək üçün ehtiyat tədbiri olaraq Dubay Beynəlxalq Hava Limanında uçuşların müvəqqəti olaraq dayandırıldığını elan edir" .
Qurum əlavə edib ki, tank yanğını nəzarət altına alınıb və heç kim itki verməyib.
Aydın Baxış