Mətbəxdə ətin sərtliyindən şikayət edirsinizsə, bahalı cihazlara ehtiyac yoxdur. Düzgün seçilmiş bir şüşə sirkə əti pambıq kimi yumşaq edə bilər.
Milli.Az xəbər verir ki, mal və qoyun əti kimi lifli və daha bərk ətlər üçün ən ideal seçim alma sirkəsidir.
Balanslı turşuluq dərəcəsi sayəsində ətin liflərini zədələmədən yavaşca yumşaldır.
Qoyun ətinin ağır qoxusunu yatırır və mal ətinə yüngül, xoş bir şirinlik qatır.
Marinad süzünə əlavə edilən 2 xörək qaşığı alma sirkəsi 2-3 saat ərzində əti bişməyə hazır vəziyyətə gətirir.
Toyuq sinəsi kimi tez quruyan və sərtləşən ağ ətlərdə üzüm sirkəsi daha yaxşı nəticə verir.
Kəskin turşuluq strukturu ağ ətin toxumasına sürətlə nüfuz edir və bişmə zamanı şirəsinin daxildə qalmasını təmin edir.
Üzüm sirkəsi çox kəskin dada malik olduğu üçün miqdarı az saxlanmalı və ədviyyatlarla balanslaşdırılmalıdır.
Xüsusilə antrikot və ya bonfile kimi dəyərli ət hissələrini bişirərkən balzamika sirkəsi məsləhətdir.
Tərkibindəki şəkər balansına görə ətin xaricində karamelizə olunmuş bir təbəqə yaradır, daxilini isə ipək kimi yumşaq edir.
Zeytun yağı və sarımsaqla birləşdirildikdə restoran səviyyəsində bir dad ortaya çıxır.
Əti sirkəli qarışıqda 4-5 saatdan çox saxlamayın. Çox uzun müddət saxlamaq ətin toxumasının həddindən artıq parçalanmasına və dadının pisləşməsinə səbəb ola bilər. 1-3 saatlıq marinad kifayətdir.
Marinad edilmiş əti bişirməzdən əvvəl mütləq otaq temperaturuna gətirin.
Sirkə sadəcə yumşaltmır, həm də ətin öz aromasını daha dərindən hiss etməyə imkan verir.
Lalə Qüdrətova
Milli.Az