AZ

İran razılaşma əldə etmək istəyir - Tramp

"Tehran və Vaşinqton arasında dialoq davam edir və İran tərəfi razılaşma əldə etməyə çalışır".

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Uest-Palm-Biçdən Vaşinqtona uçarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

    Danışıqlar aparıldığını deyən Tramp, qarşı tərəfin razılaşma üçün hazır olduğunu düşünmədiyini, amma buna çox yaxın olduqlarını bildirib:

    "Onlar çox istəyirlər ki, razılaşma əldə olunsun. “Onlar danışıqlar aparmaq istəyirlər, amma məncə hələ hazır deyillər. Düşünmürəm ki, onlar etməli olduqlarını etməyə hazırdırlar. Amma hesab edirəm ki, müəyyən vaxtdan sonra buna hazır olacaqlar”.

    Tramp onu da deyib ki, İrana qarşı hərbi əməliyyatın başa çatdığını hələ elan etməyə hazır deyil.

     

    Seçilən
    39
    10
    bakivaxti.az

    10Mənbələr