AZ

Azərbaycan və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri telefonla danışıb » AzadMedia.az


Azərbaycanın və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Ceyhun Bayramov və Feysal bin Fərhan əl-Səud telefonla danışıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Söhbət zamanı diplomatlar Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Onlar bölgədə gərginliyin artmasından narahatlıqlarını ifadə edib və gərginliyin daha da yüksəlməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Həmçinin, regional ölkələrin suverenliyi və ərazi bütövlüyünün hörmətlə qorunmasının, qonşu ölkələrə hücumların yolverilməz olduğunun önəmi qeyd olunub.
Müzakirələrdə regional və qlobal gündəmin digər aktual məsələləri, həmçinin Bakı ilə Ər-Riyad arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri də müzakirə edilib. Diplomatik görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparıblar.
Söhbət Səudiyyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Seçilən
24
1
azadmedia.az

2Mənbələr