Amerika Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası tərəfindən təqdim olunan 98-ci "Oskar" mükafatlarının qalibləri müəyyənləşib.
BAKU.WS xəbər verir ki, Mərasim ənənəvi olaraq Dolby Theatre səhnəsində, Los-Ancelesdə keçirilib.
Bu il mükafatların siyahısına tarixdə ilk dəfə "Ən yaxşı kastinq" nominasiyası da əlavə olunub.
Əsas qaliblər
Ən yaxşı film: One Battle After Another
Ən yaxşı rejissor: Paul Thomas Anderson – One Battle After Another
Ən yaxşı aktyor: Michael B. Jordan – Sinners
Ən yaxşı aktrisa: Jessie Buckley – Hamnet
Ən yaxşı ikinci plan aktyor: Sean Penn – One Battle After Another
Ən yaxşı ikinci plan aktrisa: Amy Madigan – Weapons
Digər kateqoriyalarda isə Frankenstein, KPop Demon Hunters, Avatar: Fire and Ash və F1 kimi filmlər müxtəlif nominasiyalar üzrə mükafat qazanıblar.
Ən yaxşı xarici film nominasiyasında isə Norveç istehsalı olan Sentimental Value qalib seçilib.