AZ

Tramp Xarq adası ilə bağlı qərarı hələ VERMƏYİB

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasını ələ keçirmək imkanını nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən yazıb.

Məlumata görə, belə bir addım ABŞ hərbçilərinin adaya çıxarılmasını tələb edə bilər. Nəşr qeyd edir ki, bu plan həyata keçirilsə, “rejim üçün iqtisadi nokaut” anlamına gələ bilər və faktiki olaraq Tehranın maliyyələşmə mənbələrinin kəsilməsi ilə nəticələnər.

Bununla belə, Tramp bildirib ki, ada ilə bağlı hələlik heç bir yekun qərar qəbul edilməyib. Lakin Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası istiqamətində səylər uzanarsa, bu variantın gündəmə gələ biləcəyi istisna edilmir.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
redaktor.az

2Mənbələr