ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Bakıda manevr qaydasını pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 14-də, paytaxtın Babək prospektində qeydə alınıb. Belə ki, 99-HQ-485 qeydiyyat nişanlı "Mini" markalı avtomobilin sürücüsü geriyə dönmə manevri etməklə bağlı anidən qərar verib. Bu səbəbdən o, qəfildən sol zolağa keçib. Nəticədə həm ağ rəngli avtomobilin, həm də görüntünü qeydə alan avtomobilin sürücüsünə təhlükəli anlar yaşadıb.
Sözügedən videonu təqdim edirik.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.