ABŞ-ın vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında sülh prosesi dalana dirənib. Vaşinqtonun prioritetləri İranla münaqişəyə yönəlib, bu da artıq danışıqlarda fasilələrə və Ukrayna Silahlı Qüvvələrinə mühüm silahların çatdırılmasında gecikmələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Bildirilib ki, Yaxın Şərqdəki eskalasiyaya görə, ABŞ faktiki olaraq Ukrayna üzrə danışıqlar prosesində fəal iştirakını dayandırıb:
“Martın əvvəlinə planlaşdırılan növbəti görüşlər baş tutmayıb və yeni tarix hələ müəyyən edilməyib. Avropalı diplomatlara görə, diqqətin bu cür dəyişməsi Kiyev üçün son dərəcə təhlükəlidir. Yaxın Şərq siyasi diqqəti ciddi şəkildə Ukraynadan uzaqlaşdırıb. Bu, Avropa üçün də, Ukrayna üçün də fəlakətdir”.