AZ

Dünyanın ən böyük alüminium zavodu istehsalı azaltmağa başlayıb. Alüminium qiymətləri 2022-ci ildən bəri maksimuma çatıb

Bloomberg yazır ki, Bəhreyndə yerləşən və dünyanın ən böyük alüminium zavodu sayılan Alba (Aluminium Bahrain) Hörmüz boğazının blokadası fonunda istehsalın mərhələli şəkildə azaldılmasına başlayıb. Şirkət illik 1,6 milyon ton ümumi istehsal gücünün təxminən 19%-ni təşkil edən üç istehsal xəttini dayandırır. Bu addım zavodun xammal ehtiyatlarını qorumağa və müəssisənin digər hissələrinin fəaliyyətini davam etdirməsinə kömək edəcək.

Yaxın Şərqdəki digər zavodlar kimi Alba da regionda gəmiçiliklə bağlı problemlər səbəbindən xammalın alınması və hazır metalın daşınması ilə bağlı çətinliklərlə üzləşib. Şirkət ayın əvvəlində satışları müvəqqəti dayandırmağa məcbur olub.

Bloomberg qeyd edir ki, Yaxın Şərqdə müharibə başlamazdan əvvəl də alüminium bazarında təchizat problemləri vaxtaşırı baş verirdi. Bunun səbəbi odur ki, xammal və hazır məhsullar üzrə qlobal təchizat zənciri yüksək dərəcədə ixtisaslaşmışdır və zavodlar bir-birini asanlıqla əvəz edə bilmir.

Bu fonda London Metal Birjasında alüminiumun qiyməti 2022-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb. Hazırda metalın qiyməti bir ton üçün 3439,5 dollar təşkil edir.

Seçilən
7
banker.az

1Mənbələr