AZ

Bir yaşında itən uşaq 8 yaşında tapılıb

Türkiyənin Bursa şəhərində 2019-cu ildə itkin düşən uşaq 7 ildən sonra polis əməliyyatı nəticəsində tapılıb.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, axtarışlar çərçivəsində yaradılan xüsusi polis qrupu təxminən 300 saatlıq təhlükəsizlik kamerası görüntülərini araşdıraraq uşağın olduğu ünvanı müəyyən edib. 

Araşdırma zamanı 8 yaşı olan uşağın nənəsi H.S-nin onu qohumuna məxsus evdə gizlətdiyi müəyyən olunub.

Hadisə ilə bağlı nənə H.S. və ev sahibi R.M. saxlanılıb və məhkəmənin qərarı ilə “şəxsi azadlıqdan məhrum etmə” maddəsi ilə həbs ediliblər.

Bundan başqa, uşağın atası Umut K-nin iki il əvvəl keçirdiyi xəstəlik nəticəsində vəfat etdiyi bildirilib.

Məlumata görə, ana R.S. Almaniyadan Türkiyəyə gələrək məhkəmənin müvəqqəti qərarı ilə dövlət himayəsində olan oğlunu görüb. Uşağın isə bir yaşında ayrıldığı üçün anasını tanımadığı qeyd olunub.

Hazırda N.S-nin Almaniyada yaşayan anasına təhvil verilməsi ilə bağlı məhkəmə prosesi davam edir.

Seçilən
15
azedu.az

1Mənbələr