AZ

Kreml Makronun nümayəndlərinə rusca söyüşlə cavab verib

Putinin köməkçisi Moskva danışıqlar zamanı Fransa nümayəndə heyətinə açıq şəkildə rusca üçhərfli sözlə rədd cavabı verib.

Ölkə.az “Financial Times”ə istinadən xəbər verir ki, Putinin köməkçisi Yuri Uşakov 3 fevral 2026-cı ildə Avropa ölkələrinin sülh prosesində iştirakı imkanlarını müzakirə etmək üçün Moskvaya gələn Fransa nümayəndə heyətinin üzvləri, Prezident Makronun diplomatik müşaviri Emmanuel Bonne və Avropa işləri üzrə müşaviri Bertrand Buxvalterin bu təklifini nəinki rədd  edib, hətta onlara qarşı çox pis  ifadə də işlədib.

Nəşrin yazdığına görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov söhbəti ingilis dilində "Bağışlayın, əslində yox, razı deyilik, gedin…” (Prezident köməkçisi Uşakov rusca üç hərfli bir ifadə işlədib) danışıqları kəsib. 

Məqalədə vurğulanır ki, bu sitat Kremlin rəsmi bəyanatı deyil, danışıqlarda iştirak edən Avropa diplomatları tərəfindən çatdırılan sözlərdir.

Mürtəza

Seçilən
13
3
olke.az

4Mənbələr