AZ

İran çəkisi 22 ton olan raketdən istifadə etdi İlk dəfə

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran ABŞ və İsrail ilə davam edən münaqişənin 16-cı günündə "54-cü Dalğa" əməliyyatının bir hissəsi olaraq "Siccil" ballistik raketlərindən ilk dəfə istifadə edib.

"Unikal" xəbər verir ki, bu barədə İranın IRIB televiziya kanalı məlumat yayıb.

Qeyd edək ki, "Siccil" İranın ən qabaqcıl bərk yanacaqlı, orta mənzilli ballistik raketi olması ilə diqqət çəkir. Raketin müqəddəs "Qurani Kərim" kktabında adı keçən "Əl-Fil" (Fil fəsli) surəsindən götürülmüşdür. "Əl-Fil" surəsində Allahın Kəbəni dağıtmaq üçün fillərlə gələn Əbrəhə ordusuna qarşı Əbəbil quşlarını necə göndərdiyi təsvir olunur. Bu quşlar ordunun üzərinə "bişmiş gil daşlar" və ya "bərkləşmiş gil daşlar" mənasını verən "siccil" ataraq onu məhv ediblər. 

İran bu raketi həm dini məna daşıyaraq, həm də simvolik olaraq onun dağıdıcı gücünü vurğulayaraq "Siccil" adlandırıb.

Raketin texniki xüsusiyyətləri bunlardır:

Növü: Orta mənzilli ballistik raket (MRBM)

Uzunluq: 18,2 metr

Çəki: 22,5 ton

Uçuş məsafəsi: 2000 – 2500 km

Döyüş başlığı: 500 – 1500 kq

Yanacaq: Bərk (iki mərhələli)

Başlatma sistemi: Mobil platforma

İran iddia edir ki, Nətənzdən buraxılarsa, raket təxminən 7 dəqiqə ərzində Tel-Əvivə çata bilər.

Gülayə Mecid  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
unikal.az

4Mənbələr