AZ

52 ildir ki, üç qüsurlu uşağına baxırlar... -FOTO


Türkiyədə Muğlada yaşayan Duriyə və Mustafa Dural cütlüyü 52 ildir ki, fiziki qüsurlu doğulan üç uşağına fədakarcasına baxırlar.

Medicina.az xəbər verir ki, Muğlanın Kavaklıdere rayonunun Nebiler məhəlləsində yaşayan cütlük anadangəlmə fiziki qüsurlu uşaqlarına baxır və bu mənzərə onu görənlərin göz yaşlarına səbəb olur.

Onlar uşaqları Lütfi, İsa və Sadike ilə birlikdə yaşayır.



Yaşlarının artmasına baxmayaraq, heç vaxt uşaqlarınalaqeyd qalmır, bütün vaxtlarını onlara həsr edirlər.

Ailənin dolanışığı Mustafa Duralın təqaüdü və dövlətdən aldıqları evdə qulluq dəstəyi ilə təmin edilir.

İllərdir ki, Dural cütlüyü uşaqlarına bir dam altında, onları ayırmadan baxaraq həyatlarını yaşayırlar.



Ana Duriye Dural deyib: "Taleyimi qəbul edirəm, edə biləcəyim heç nə yoxdur. Uşaqlarım qonaqları sevirlər. Gəlib-gedən hər kəsdən çox məmnundurlar. Yeməkləri seçmirlər. Bişirdiyim hər şeyi yeyirlər. Həftənin 5-6 günü onları çimdirirəm".



Ata Mustafa Dural əlavə edib: "Həyat yoldaşımla mən heç vaxt uşaqlarımızı qoyub heç yerə getmirik. Toy və ya mərasim olanda birimiz həmişə evdə qalırıq. Uşaqlarımın istədiyini heç vaxt rədd etmirəm. Bütün istəklərini yerinə yetirməyə çalışıram".

Durel cütlüyünün qətiyyəti və təbəssümü ətrafdakılar tərəfindən də heyranlıqla qarşılanır.





Aygün
Medicina.az


Seçilən
27
1
medicina.az

2Mənbələr