AZ

İRAN TRAMPA MEYDAN OXUDU: Demirsən ki, donanmanı yox etdik, o zaman cəsaərtin varsa...

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fevralın 18-dən ABŞ və İsrail tərəfndən sərt zərbələrə məruz qalan İran ABŞ və onun liderinə meydan oxuyub.

Mia.az xarici mətbuata istinadlıa xəbər verir ki, bu barədə İranda əsas güc sahibi sayılan İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Əli Məhəmməd Naini dövlət telekanalına açıqlama verib.

Naini açıqlamasında Hörmüz boğazındakı vəziyyət, İran dəniz qüvvələrinə qarşı Trampın sözləri və son hərbi əməliyyatlarla bağlı danışıb.

Naini bildirib ki, İranın Dəniz Qüvvələrinin dənizdə qarşı tərəf və onun təsirində olan dövlətlərə cavab vermək vəzifəsi var:  "Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır. Bölgədəki fərqli bayraqlarla üzən, lakin ABŞ və ya sionist rejiminə məxsus bütün gəmilər vurulur. Bölgəyə tam hakimik. Tramp demir ki, İranın dəniz gücünü, donanmasını tamamilə məhv etmişik, o zaman ona deyirik: cəsarətin varsa, hərbi gəmilərini Fars körfəzinə yaxınlaşdır!.

Diqqət edin, əvvəllər onlar Hörmüz boğazına nəzarəti də ələ keçirəcəklərini və müharibə dövründə enerji təhlükəsizliyini təmin edəcəklərini deyirdilər, amma indi hardadırlar? Geri geri çəkiliblər".

Sözçü iddia edib ki, İnqilab Keşikçiləri qanadlı raketlərlə Oman körfəzi sahillərindən təxminən 300-400 mil məsafədə yerləşən ABŞ hərbi gəmiləri, o cümlədən təyyarədaşıyan gəmilərini vurub: "Bundan sonra bu gəmilər ərazidən geri çəkilib. Çox güman ki, onlar ciddi ziyan görüblər və təmir üçün geri çəkiliblər. Beləliklə, onların əməliyyat vəzifələri əllərindən alınıb. Bundan əlavə, digər düşmən hərbi elementləri də eyni aqibəti yaşayıb. İndi onların dəniz bazaları  nizamsız vəziyyətdədir. Əminlklə deyirəmki, onların radar, hava hücumundan müdafiə sistemləri, sursat anbarları, müxtəlif infrastrukturlar, çoxsaylı qırıcı təyyarələr və elektron müharibə sistemləri də daxil olmaqla bütün elementlər gözləmədikləri şəkildə vurulub".

Tahir Şəlvəli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
mia.az

1Mənbələr