ain.az bildirir, Apasport portalına istinadən.
Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Portimao şəhərində yerləşən və dünya üzrə məşhur olan "Autodromo Internacional do Algarve" trasında ikinci "Formula 4" test sessiyasını da uğurla tamamlayıb.
Apasport.az xəbər verir ki, 16 yaşlı pilot kartinq karyerasında əldə etdiyi uğurlardan sonra artıq peşəkar motorsportun növbəti mərhələsinə - "Formula" tipli tək oturacaqlı bolid yarışlarına keçib.
Portimao testləri onun üçün "Formula 4"ə uyğunlaşmaq baxımından mühüm mərhələ hesab olunur. Test həftəsonu ərzində Davin Cəfərov "McLaren", "Mercedes", "Aston Martin" və digər tanınmış komandalarla əlaqəli pilotlarla eyni trası bölüşüb.
Test proqramı çərçivəsində hər gün beş intensiv sessiya keçirilib. Çətin şəraitə və sessiyalar zamanı digər pilotların iştirakı ilə baş verən qəzalara baxmayaraq, Davin bütün çıxışlarını uğurla tamamlayıb.
Onun növbəti mümkün "Formula 4" test sessiyasının üç ay ərzində İtaliyanın "Autodromo Nazionale Monza" trasında keçirilməsi planlaşdırılır.
Xizək alpinistlərimizdən iki medal
Azərbaycan paraüzgüçüləri Belarusda 5 medal qazanıb - FOTO
Azərbaycan təmsilçiləri Türk Dövlətlərinin Xizək Kubokunda iki medal qazanıblar
Bu gün XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
İdmançımız beynəlxalq yarışda gümüş medal qazanıb - FOTO
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.