AZ

Ağ Ev İrana qarşı əməliyyatın əlavə maliyyələşdirilməsi məsələsini nəzərdən keçirəcək

Ağ Ev administrasiyası İrana qarşı hərbi əməliyyatın davam etdirilməsi üçün əlavə vəsait tələbi ilə ABŞ Konqresinə müraciət etməyə ehtiyac olub-olmadığını təhlil etmək niyyətindədir.

 

Bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset "CBS" telekanalının efirində çıxışı zamanı deyib.

 

"Hesab edirəm ki, hazırda biz bütün zəruri vasitələrə sahibik. Düşünürəm ki, Ağ Evin İnzibati-Büdcə İdarəsi və onun rəhbəri Rassel Vout hərbi əməliyyatlarla əlaqədar Konqresə yenidən müraciət etməyimizin lazım olub-olmayacağı məsələsini araşdıracaqlar. Hər hansı əlavə resurslara ehtiyacımız olacağı dəqiq deyil", - deyə o, İran əməliyyatı üçün qanunvericilərdən əlavə ayırmaların istənilməsi ehtimalı ilə bağlı məsələni şərh edib.

 

Hassetin sözlərinə görə, ona ABŞ-ın İrana qarşı əməliyyat xərclərinin artıq təqribən 12 milyard dollar təşkil etdiyini bildiriblər. Bununla belə, o bu xərclərin məhz hansı dövr ərzində çəkildiyini dəqiqləşdirməyib.

Seçilən
6
3
senzor.az

4Mənbələr