AZ

“Xalq Bank” tərəfindən aldadıldığını idda edir

Azpost saytına istinadən ain.az xəbər verir.

Sosial şəbəkələrdə bank xidmətləri ilə bağlı növbəti narazılıq paylaşılıb. Vətəndaş “Xalq Bank” tərəfindən elan edilən kampaniya çərçivəsində sifariş etdiyi kartı ala bilmədiyini iddia edir.

AzPost xəbər verir ki, şikayətçinin sözlərinə görə, 8 Mart münasibətilə keçirilən kampaniya zamanı bankın təqdim etdiyi Mastercard Black Edition kartı xanımlar üçün 60% endirimlə təklif olunub. Vətəndaş kartı bankın rəsmi saytından sifariş edib və sifariş zamanı SİMA üz tanıma mərhələsindən keçərək imzalanma prosesini tamamlayıb.

Bundan sonra sistemdə “Kartınız uğurla sifariş edildi” mesajı görünsə də, bir neçə gün ərzində bankdan heç bir məlumat verilməyib. Müştəri özü bankla əlaqə saxladıqda ona bildirilib ki, sifarişlər növbə ilə hazırlanır və kart hazır olduqda məlumat veriləcək.

Şikayətçi bildirir ki, bank əməkdaşları daha sonra ödənişlə bağlı sual veriblər. O isə qeyd edib ki, sifariş səhifəsində ödəniş etmək üçün heç bir bölmə olmayıb və kartı filialdan götürmə variantı seçildiyi üçün ödənişin sonradan ediləcəyini düşünüb.

Bir neçə gün sonra bankdan yenidən zəng edildiyini deyən vətəndaşın sözlərinə görə, ona çox sayda sifariş olduğu və sifariş zamanı ödəniş edilmədiyi üçün kartın təqdim olunmayacağı bildirilib. Bank əməkdaşlarının gələcəkdə promo kod olduqda məlumat veriləcəyini dedikləri qeyd olunur.

Şikayətçi bu vəziyyətin anlaşılmaz olduğunu bildirərək sual edir: “Ödəniş funksiyası olmayan bir səhifədə mən ödənişi necə etməli idim? Bank sektorunda bu qədər rəqabət olduğu halda belə münasibət müştəriyə qarşı hörmətsizlikdir”.

Məsələ ilə bağlı “Xalq Bank”ın rəsmi mövqeyi açıqlanmayıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
azpost.info

2Mənbələr