AZ

Makron Pezeşkiana çağırış etdi

BAKI, 16 mart. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı apardığını və Tehranı gərginliyi azaltmağa çağırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada bildirib.

O qeyd edib ki, Fransa yalnız müdafiə məqsədləri üçün hərəkət edir, özünün və regional tərəfdaşlarının maraqlarını, eləcə də naviqasiya azadlığını qorumağa çalışır.

Emmanuel Makron əlavə edib ki, nəzarətsiz eskalasiya bütün regionu xaosa sürükləyir.

Seçilən
11
2
teleqraf.com

3Mənbələr