AZ

ABŞ quru əməliyyatlarına hazırlaşır - İDDİA

Tramp Xarq adasında İran neft infrastrukturunu ələ keçirməyi düşünür.

Turkustan.az Axios nəşrinə istinadən xəbər verir ki, ABŞ rəsmiləri arasında olan mənbələrinə istinadən xəbər verir ki, prezident Donald Tramp Xarq adasında İran neft infrastrukturunu ələ keçirməyi düşünür.

Bu mənbələrə görə, Vaşinqton administrasiyasının rəhbəri İranın adadakı əsas neft anbarını ələ keçirmək imkanlarını araşdırır. Qeyd olunur ki, belə bir addım ABŞ-ın quru əməliyyatını tələb edəcək.

Mənbələr iddia edir ki, tankerlər Fars körfəzində blokadada qalsa, bu variant tətbiq oluna bilər. Vaşinqton hesab edir ki, Xarq adasındakı infrastrukturun idarə olunması Tehranı neft gəlirlərinin əhəmiyyətli bir hissəsindən məhrum edə bilər.

Eyni zamanda, ABŞ İranın bölgədəki neft obyektlərinə qarşı mümkün cavab zərbələrindən narahatdır. Bir mənbəyə görə, hələlik yekun qərar verilməyib və hazırda risklər və potensial faydalar qiymətləndirilir.

Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri bildirmişdi ki, ABŞ və ya İsrailin Xarq adasına növbəti zərbələri qlobal neft bazarlarında vəziyyəti ciddi şəkildə çətinləşdirə bilər.

Öz növbəsində, Donald Tramp 13 martda ABŞ qüvvələrinin adadakı hərbi obyektlərə böyük zərbə endirdiyini, lakin neft infrastrukturunu məhv etməmək qərarına gəldiyini açıqladı. Lakin o, xəbərdarlıq etdi ki, əgər İran və ya digər qüvvələr Hörmüz boğazından sərbəst gəmiçiliyə mane olmağa cəhd etsə, bu qərarı ləğv edə bilər. /modern.az/

Seçilən
42
1
turkustan.az

2Mənbələr