AZ

Premyer Liqa: “Turan Tovuz”un qapıçısı bu mövsüm ilk dəfə qol buraxıb

Bakı, 16 mart, AZƏRTAC

“Turan Tovuz”un qapıçısı Sergey Samokun Azərbaycan Premyer Liqasındakı “quru oyunlar” seriyası qırılıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, rusiyalı qolkiper mövsümdə ilk qolunu XXIV turun “Kəpəz”lə səfər matçında (1:1) buraxıb.

Samokun seriyasını Rəhman Hacıyev 55-ci dəqiqədə qırıb. Bunadək ötən çempionatda 2, cari mövsümdə 6 dəfə qapısını toxunulmaz saxlayan qolkiper sonuncu dəfə 2024/25 mövsümünün XXXIV turunda qol buraxıb. O, “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçının (1:2) 32-ci dəqiqəsində Dembo Darbonun vurduğu topu dəf edə bilməyib.

Hacıyevin qoluna qədər Sergey 812 “quru” dəqiqə keçirib. O, Azərbaycan çempionatlarının yüksək dəstəsinin tarixində 800 dəqiqə və daha uzun seriyaya imza atan 9-cu əlcək sahibi olub.

1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə

2. Xalidu Sissoko (“Bakı”) – 985

3. Xalidu Sissoko (“Bakı”) – 971

4. Camaləddin Əliyev (“Qarabağ”) – 958

5. Pavel Doroşev (“Qəbələ”) – 952

6. Elxan Həsənov (“Neftçi”) – 943

7. Dmitri Bezotosnı (“Qəbələ”) - 915

8. Boyan Pavloviç (“Qarabağ”) – 828

9. Sergey Samok (“Turan Tovuz”) – 812.

Seçilən
23
8
azertag.az

10Mənbələr