Redaktor.az saytına istinadən ain.az xəbər verir.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Qazaxıstanda yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı referendumda heç bir qanun pozuntusu qeydə almayıb.
Redaktor.az xəbər verir ki, bu barədə ŞƏT missiyasının rəhbəri və baş katibin müavini Oleq Kopylov brifinqdə bildirib.
Onun sözlərinə görə, ümumxalq səsverməsi respublikanın seçki qanunvericiliyinin tələblərinə və ölkənin beynəlxalq öhdəliklərinə uyğun keçirilib.
Kopylov vurğulayıb ki, missiya referendumun legitimliyini şübhə altına ala biləcək və ya nəticələrinə təsir göstərə biləcək heç bir milli qanunvericiliyin pozulmasını qeydə almayıb.
Aminə ŞAHSUVARQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.