Bu ilin yanvar-fevral aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 23,8 milyon manat və yaxud 2,4 % artım qeydə alınıb.
"Far.Az" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Xatırladaq ki, 2 ay ərzində Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % və ya 61,2 milyon manat çoxdur.
Bundan başqa, məlumata görə, sosial daxilolmalar büdcə təşkilatları üzrə 1 il əvvələ nisbətən 5,3 milyon manat və yaxud 1,7 %, qeyri-büdcə təşkilatları üzrə isə 58,6 milyon manat və yaxud 9 % çox olub.