ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Kuba ilə “tezliklə” müqavilə bağlaya bilər.
Redaktor.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı bildirib.
Tramp qeyd edib ki, əgər razılaşma əldə olunmasa, ABŞ Kuba ilə bağlı “etməli olduğu işi” görəcək.
“Kuba razılaşma istəyir və düşünürəm ki, ya tezliklə razılaşma əldə edəcəyik, ya da etməli olduğumuz işi görəcəyik”, – deyə o bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton və Havana artıq danışıqlar aparır. Onun sözlərinə görə, hazırda Yaxın Şərqdəki vəziyyət ABŞ üçün prioritet olaraq qalır və İrandakı hərbi əməliyyat başa çatdıqdan sonra Ağ Evin diqqəti Kubaya yönələcək.
Aminə ŞAHSUVARQIZI