AZ

İsraildə üzərində istehza dolu mesaj olan Ellinizm dövrünə aid sapand daşı tapılıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 16 mart, AZƏRTAC

İsraildə arxeoloqlar üzərində istehzalı mesaj yazılmış Ellinizm dövrünə aid nadir sapand daşı aşkar ediblər.

AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, tapıntı Qalileya dənizi yaxınlığında yerləşən qədim Susita şəhəri ərazisində aparılan qazıntılar zamanı üzə çıxarılıb. Qurğuşundan hazırlanmış sapand daşının üzərində yunan dilində “öyrənin” mənasını verən söz həkk olunub. Tədqiqatçıların fikrincə, sapand daşı mühasirə zamanı şəhərin müdafiəçiləri tərəfindən hücum edən qüvvələrə qarşı istifadə olunub və həm fiziki zərbə, həm də istehzalı mesaj məqsədi daşıyıb.

Alimlər bildiriblər ki, ölçüləri 3,2 x 1,95 santimetr, çəkisi isə təxminən 38 qram olan bu tapıntı şəhər divarından təxminən 260 metr cənubda aşkarlanıb. Qeyd edilib ki, üzərində “öyrənin” sözünün yazıldığı bu cür sapand daşı dünyada ilk belə tapıntı hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
azertag.az

1Mənbələr