AZ

Tramp Çinə səfərini təxirə sala bilər


ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki münaqişə ilə əlaqədar Çinə səfərini təxirə sala bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.
“Biz bunu təxirə sala bilərik”, - deyə o, qeyd edib.
Digər tərəfdən, Amerika lideri Pekini Hörmüz boğazının açılması üçün Vaşinqtonun səylərinə qoşulmağa çağırıb.
“Düşünürəm ki, Çin də kömək etməlidir, çünki Çinin aldığı neftin 90%-n bu boğazdan keçir”, - deyə o qeyd edib.
Tramp əlavə edib ki, Pekinə səfərindən əvvəl Hörmüz boğazında gəmiçiliyin bərpasına kömək etmək təklifinə Çindən cavab almaq istəyir.
Seçilən
31
1
yeniavaz.com

2Mənbələr