AZ

Eşli Koul baş məşqçiliyə başladı

Sabiq ingilis müdafiəçisi Eşli Koul İtaliyada baş məşqçi kimi işə başlayıb.

Msport.az xəbər verir ki, o, “Çezena”nın sükanı arxasına keçib.

B Seriyasında çıxış edən klub Eşlinin təyinatını rəsmi saytı vasitəsilə açıqlayıb. 45 yaşlı mütəxəssis bu postda “Frosinone” ilə son turda qeydə alınan 2:2 hesablı heç-heçədən sonra istefa verən Mişel Minyanini əvəz edib.

Bu, Koulun peşəkar klub məşqçisi kimi ilk təcrübəsi olacaq. Əvvəllər o, ya köməkçi, ya da həvəskarlarla işləyib. Onun “Çezena” ilə müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədər olacaq.

Seçilən
43
2
msport.az

3Mənbələr