BAKI, 16 mart. TELEQRAF
Həcc ziyarəti üçün müəyyən edilən kvotanın 90%-i artıq tamamlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, 10% yer qalıb, kvota dolmaq üzrədir, vətəndaşlar tələssinlər.