Çinin aparıcı avtomobil istehsalçısı "Changan", hibrid texnologiyada mühüm addım ataraq, "Blue Core Super Engine" adlı yeni layihəsini təqdim edib. Bu yeni sistemlə şirkət şəhərdə yanacaq sərfiyyatını cəmi 2,98 litr/100 km-ə endirməyi hədəfləyir.
News365.az xəbər verir ki, şirkət 6 ildir üzərində işlənilən layihəyə 291 milyon dollar yatırım edib. Yeni texnalogiya ilə təchiz edilmiş avtomobillər bu ilin ortalarında satışa çıxarılacaq. İlkin hədəf 750 min satış etməkdir.