
"Hörmüz boğazının açılması bizə o qədər də vacib deyil”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, biz bunu müttəfiqlərə görə etməyə çalışırıq:
“Biz İranı məhv etmişik, amma əlində qalan bir neçə dronla bölgə dövlətlərinin təhdid edə bilər. Onlar boğazın bağlı qalmasından daha çox itirir, buna görə də hərəkətə keçməlidirlər”, - deyə siyasətçi vurğulayıb.
Tramp qeyd edib ki, ABŞ 70 ildən çoxdur ki, NATO-ya təmənnasız dəstək olur:
“Onlara görə çoxlu itkilər vermişik. İndi onların zamanıdır onlar ABŞ-yə yardım etməlidir və müttəfiqliklərini sübut etməlidirlər. Əks halda NATO-dan heç nə qalmayacaq", - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az