ain.az, Sherg.az saytına istinadən bildirir.
Beş Skandinaviya ölkəsinin hamısı - Norveç, Danimarka, İsveç, Finlandiya və İslandiya Rusiya tərəfindən təhdid hiss edir.
Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Baş naziri Petteri Orpo deyib.
“Rusiyanın Skandinaviya ölkələri üçün ən böyük təhlükə olduğunu və belə də qalacağını anlamalıyıq. Buna görə də Arktikanın təhlükəsizliyini birlikdə gücləndirməliyik”, - Orpo bildirib.
O əlavə edib ki, NATO Arktikanın təhlükəsizliyi ilə bağlı düzgün istiqamətdə hərəkət etməyə başlayıb.
“Arktikanın təhlükəsizliyi üçün imkanlar daha da artırılmalıdır, birlikdə Şimalda planlaşdırma və təcrübə aparmalıyıq”, - Petteri Orpo vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.