AZ

TÜRKPA Baş katibi Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb



#TÜRKPA Baş katibi cənab Ramil Həsən Qazaxıstanın paytaxtı #Astana şəhərinə rəsmi səfəri çərçivəsində ölkənin Konstitusiya Məhkəməsinin sədri xanım Elvira Əzimova ilə görüşüb.
Görüş zamanı xanım Elvira Əzimova Qazaxıstan Konstitusiyasının təxminən 84 faizinin dəyişilməsini nəzərdə tutan ümumxalq referendumunun nəticələri, eləcə də bu islahatların Qazaxıstanın gələcək inkişafına verəcəyi mühüm töhfələr barədə məlumat verib.
Öz növbəsində, Baş katib cənab Ramil Həsən səmimi qəbula görə xanım Elvira Əzimovaya minnətdarlığını bildirərək, Qazaxıstan tarixindəki bu yeni mühüm mərhələ münasibətilə #qardaş #Qazaxıstan xalqını təbrik edib.
Seçilən
27
1
newscenter.az

2Mənbələr