AZ

AzTV-nin keçmiş əməkdaşı qəfil vəfat etdi - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, jurnalist Bahadur Nəsirov dünyasını dəyişib. 

"Cebheinfo.az" xəbər verir ki, mediada yayılan məlumatda onun AzTV-nin əməkdaşı olduğu bildirilirdi. 

Ancaq telekanal məsələyə münasibətində bildirib ki, Bahadur Nəsirov bir müddət əvvəl telekanaldakı işindən ayrılıbmış.

***

08:54

Azərbaycan Televiziyasının (AzTV) kollektivinə ağır itki üz verib. Qurumun gənc və istedadlı əməkdaşı Bahadur Nəsirov vaxtsız dünyasını dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, 38 yaşlı B.Nəsirov bu gün səhər saatlarında qəfil keçinib. Onun ölüm xəbərini həmkarı Sevinc İsmayılqızı ictimaiyyətə çatdırıb.

Mərhumun bir azyaşlı övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

"Cebheinfo.az"

Seçilən
28
17
cebheinfo.az

10Mənbələr