AZ

Mövsümün sonu Qarabağ dan kimlər gedəcək? 6 nəfərin siyahısı...

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mövsümün sonu "Qarabağ"dan kimlər gedəcək? - 6 nəfərin siyahısı...

Bu mövsümün sonu bir neçə futbolçunun "Qarabağ"ı tərk edəcəyi gözlənilir.

QOL.az xəbər verir ki, bunun baş verəcəyinin anonsunu hələ bir müddət əvvəl baş məşqçi Qurban Qurbanov özü vermişdi. O, ad çəkməsə də, mövsüm yekunlaşan kimi komandadan gedənlərin çox ola biləcəyini söyləmişdi. 

Bəs, həmin futbolçular kimlər olacaq? 

Qeyd edək ki, artıq Kris Kuaku heç mövsüm yekunlaşmadan - "Qarabağ"la müqaviləni qarşılıqlı şəkildə ləğv edərək martın 13-də azad agent kimi Norveçin “Sarpsborg 08” klubuna keçib. 

Siyahıda isə azı daha 6 futbolçu var. QOL.az onların adlarını öyrənə bilib. Bunlar qapıçı Mateuş Koxalski, mərkəz müdafiəçiləri Bəhlul Mustafazadə, Sami Mmae, yarımmüdafiəçilər Aleksey Kaşuk, Emmanuel Addai və hücumçu Ramil Şeydayevdir.

UEFA Çempionlar Liqasında uğurlu oyunu ilə seçilən Koxalskiyə ölkəsi Polşadan və Avropanın bir neçə ölkə klubundan, Mustafazadəyə Çinin "Şençjen Penq Siti" klubundan real təkliflər var. Mövsümün sonu onları satılacağı ehtimalı yüksəkdir. 

"Dinamo" Zaqrebdən 1 illik icarəyə götürülən Sami Mmaenin müqavilə müddəti başa çatır. Amma intizam qaydalarını pozduğu üçün əvəzedici heyətə göndərilən oyunçunu baş məşqçi Q.Qurbanov da artıq komandada saxlamaq istəmir.

Aleksey Kaşuk, Emmanuel Addai və hücumçu Ramil Şeydayevlə də əməkdaşlıq dayandırılacaq. Xüsusən Kaşuk və Ramil Şeydayev ümidləri doğrultmadığından özlərinə yeni komanda axtarmalı olacaqlar. Addaiyə gəlincə, onun müqavilə müddəti başa çatır və bu futbolçunun karyerasını Avropa ölkələrindən birində davam etdirəcəyi gözlənilir.

Lakin istisna deyil ki, siyahıya daha bir neçə ad əlavə olunsun.

Gedənlərin yeri isə doldurulacaq. Əldə etdiyimiz məlumata görə, hazırda "Qarabağ"ın seleksiya qrupu intensiv futbolçu axtarışındadır və klub tərəfindən bəziləri ilə danışıqlara da başlanılıb. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
qol.az

2Mənbələr