AZ

Uşaqlı ailələrin diqqətinə!

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ucuz və parlaq plastik oyuncaqlar kimyəvi tərkibinə görə uşaq sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Kimya elmləri namizədi Andrey Doroxov bildirir ki, plastikə müəyyən xüsusiyyətlər vermək üçün əlavə edilən maddələr zamanla orqanizmə keçərək endokrin, sinir və immun sisteminə zərər verir.Demokrat.az-ın məlumatına görə xüsusilə oyuncaqları yumşaltmaq üçün istifadə olunan ftalatlar böyük risk daşıyır. Texnoloji normaların pozulması nəticəsində bu maddələrin miqdarı icazə verilən həddi dəfələrlə aşır. Ftalatlarla uzunmüddətli təmas allergik reaksiyalara və diqqət əskikliyinə səbəb ola bilir. Üç yaşına qədər uşaqlar əşyaları ağzına almağa meylli olduqları üçün bu maddələrə qarşı daha həssasdırlar.Digər təhlükəli birləşmə isə bərk plastiklərdə tapılan bisfenol A (BPA) maddəsidir. Oyuncaq qızdıqda və ya zədələndikdə bu maddənin orqanizmə sızması sürətlənir. BPA beyin inkişafına mənfi təsir göstərən maddələr siyahısına daxildir. Həmçinin oyuncaqların rəngində və sabitləşdirici tərkibində qurğuşun, kadmium kimi ağır metalların duzları ola bilər ki, bu da xroniki zəhərlənmə riski yaradır.Oyuncaq alarkən mütləq sertifikat nişanlarına və istehsalçı məlumatlarına diqqət yetirmək lazımdır. Kəskin kimyəvi qoxusu olan, səthi yapışqan və ya rəngi ələ çıxan məhsullar aşağı keyfiyyətin göstəricisidir. Əgər yeni oyuncaqla təmasdan sonra uşaqda öskürək, səpgi və ya qıcıqlanma yaranarsa, məhsulu dərhal uzaqlaşdırmaq və həkimə müraciət etmək vacibdir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
demokrat.az

1Mənbələr