Amerikalı media ulduzu və sahibkar Kayli Cenner “Oskar-2026” mərasimində parlaq görünüşü ilə diqqət çəkib. O, qırmızı xalça üçün Schiaparelli moda evinin, dizayner Daniel Roseberry tərəfindən hazırlanmış yaqut rəngli libasını seçib.
Bizim.Media xəbər verir ki, libas dərin dekolte və sinə hissəsində açıq detallı kəsimi ilə seçilib.
Xarici mətbuat Cennerin obrazını məşhur cizgi personajı Jessica Rabbit üslubuna bənzədib. Cenner də bunu gizlətməyib və Instagram paylaşımında “Jessica who?” ifadəsini yazıb.
Obrazın ən diqqətçəkən hissələrindən biri isə zinət əşyaları olub. Cenner mərasim üçün Lorraine Schwartz brendinə məxsus, ümumi çəkisi təxminən 200 karat olan brilliant boyunbağı, sırğalar və üzüklər taxıb.
Kayli Cenner mərasimdə aktyor Timoti Şalameyə dəstək üçün iştirak edib. Şalame “Marty Supreme” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında namizəd olub. Bununla belə, o, qırmızı xalçaya Kaylidən ayrı çıxıb, Cenner isə sonradan mərasimə qoşulub.


Bizim.Media