AZ

Trampa rədd cavabı VERDİLƏR

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstraliya və Yaponiya Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqə hərbi gəmi göndərmək planlarının olmadığını açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Avstraliya ABŞ Prezidenti Donald Trumpın Hörmüz boğazına gəmi göndərilməsi ilə bağlı çağırışına cavab verib.

Avstraliyanın nəqliyyat naziri Katerine King bildirib: 

“Hörmüz boğazına gəmi göndərməyəcəyik. Bunun nə qədər vacib olduğunu bilirik, lakin bu bizdən tələb olunan bir məsələ deyil və biz bu istiqamətdə töhfə vermirik”.

King əlavə edib ki, Avstraliya yalnız Birləşmiş Ərəb Əmirliklərinə müdafiə sahəsində dəstək məqsədilə təyyarə göndərəcək.

“Kyodo News”un məlumatına görə, Yaponiya Baş naziri Takaiçi Sanae Yaxın Şərqdə Yaponiya ilə əlaqəli gəmilərin və ekipajların təhlükəsizliyinin necə təmin ediləcəyini müzakirə etdiklərini bildirib. 

ABŞ-nin müraciəti ilə bölgəyə gəmi göndərilməsi məsələsi barədə suala cavab verən Takaiçi qeyd edib ki, Vaşinqtondan hələlik bu istiqamətdə rəsmi müraciət daxil olmayıb. Digər tərəfdən, Yaponiyanın müdafiə naziri Koizumi Şinciro da hazırda Yaponiya Özünümüdafiə Qüvvələrinin Yaxın Şərqə göndərilməsi ilə bağlı hökumətin hər hansı planının olmadığını bildirib. 

ABŞ Prezidenti Tramp daha əvvəl qeyd etmişdi ki, Hörmüz boğazının təhlükəsizliyi əsasən bu marşrut vasitəsilə neft alan ölkələr tərəfindən təmin olunmalıdır. Tramp demişdi: 

“Hörmüz boğazı üzərindən neft alan ölkələr bu keçidin təhlükəsizliyini təmin etməlidir”.

O əlavə edib ki, ABŞ bu ölkələrə böyük ölçüdə yardım etməyə hazırdır. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr