AZ

Makron Pezeşkianla DANIŞDI

Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı apararaq Tehrana region ölkələrinə qarşı hücumları dərhal dayandırmaq çağırışı edib.

Redaktor.az xəbər verir ki, bu barədə Makron sosial media hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, Fransa lideri İranın həm birbaşa, həm də Livan və İraq daxil olmaqla, müxtəlif vasitəçilər vasitəsilə region ölkələrinə qarşı həyata keçirdiyi hücumları “qəbuledilməz” adlandıraraq onların dərhal dayandırılmasını tələb edib.

Makron həmçinin Fransanın öz maraqlarını, regional tərəfdaşlarını və naviqasiya azadlığını qorumaq üçün ciddi müdafiə çərçivəsində fəaliyyət göstərdiyini vurğulayıb və ölkəsinin hücumların hədəfinə çevrilməsinin qəbuledilməz olduğunu bildirib.

Fransa Prezidenti baş verən hadisələrin bütün regionu xaosa sürüklədiyini və bunun gələcək illər üçün ciddi nəticələrə səbəb ola biləcəyini qeyd edib.

Bundan əlavə, Makron İranın ballistik raket proqramının yaratdığı təhlükəyə də toxunaraq bildirib ki, yeni siyasi və təhlükəsizlik çərçivəsi regionda sülh və təhlükəsizliyi təmin etməlidir və İranın heç vaxt nüvə silahı əldə etməməsinə zəmanət verməlidir.

O, eyni zamanda İranda Fransa və İsrailə casusluq ittihamı ilə saxlanılan iki Fransa vətəndaşının azadlığa buraxılmasına çağırıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
16
redaktor.az

1Mənbələr