AZ

Elnur Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə Avropa enerji bazarları arasında körpü rolu daha da güclənir

Qazaxıstanın ratifikasiyası Yaşıl Enerji Dəhlizi layihəsini irəli aparır.

APA xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov qeyd edib.

Nazir müavini bildirib ki, region üzrə enerji əməkdaşlığında mühüm irəliləyiş əldə olunub:

“Qazaxıstanın Azərbaycan və Özbəkistanla imzaladığı Yaşıl Enerji Dəhlizi sazişini ratifikasiya etməsi Xəzər dənizi vasitəsilə bərpa olunan elektrik enerjisinin ötürülməsi planlarının reallaşmasına yeni təkan verir.

Saziş 13 noyabr 2024-cü ildə Bakıda, COP29 konfransı çərçivəsində üç ölkənin dövlət başçıları tərəfindən imzalanıb. Sənəd bərpa olunan enerji mənbələrinin potensialından istifadəni genişləndirməyi, təmiz elektrik enerjisinin ticarətini təşviq etməyi, həmçinin yaşıl enerji, ammonyak və hidrogenin Avropa bazarlarına ixracını nəzərdə tutur”.

Elnur Məmmədov qeyd edib ki, layihənin əsas elementlərindən biri Xəzər dənizi üzərindən çəkiləcək yüksək gərginlikli sabit cərəyanlı sualtı kabel olacaq.

“Bu kabel vasitəsilə Qazaxıstan və Özbəkistanda istehsal olunan yaşıl elektrik enerjisinin Azərbaycana, daha sonra isə Qara dəniz enerji layihəsi vasitəsilə Avropaya ötürülməsi planlaşdırılır.

Təşəbbüs Azərbaycanın Mərkəzi Asiya ilə Avropa enerji bazarları arasında körpü rolunu daha da gücləndirir və regionda təmiz enerjiyə keçid prosesinə töhfə verir”, - nazir müavini əlavə edib.

Seçilən
17
3
apa.az

4Mənbələr