AZ

İran qonşu ölkələrə qarşı təzyiqləri artıracaq - Politoloq

ABŞ İrana qarşı hərbi əməliyyatlarda rejimi dəyişə bilməyəcəksə, növbəti mərhələdə Tehran nüvə silahı əldə edə bilər. Əfqanıstanda Talibanı devirən ABŞ, sonradan hakimiyyəti Talibana verməli oldu. Məqsəd Əfqanıstanda güclənmək və Talibanı məhv etmək idi. Amma, ABŞ Əfqanıstanda strateji məğlubiyyətlə üzləşdi”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib

“İranda proseslər ABŞ strateji planına uyğun olaraq getmir. Uzun və tükəndirici müharibə D.Trampın siyasi imicinə zərbə vuracaq.İranin məğlub olması yəni siyasi nizamın tərkib hissəsi olmalıdır. Çünki, hazırkı rejimin qalması, regionun təhlükəsizliyi üçün təhdid olacaq. İran qonşu ölkələrə qarşı təzyiqləri artıracaq. Nəinki proksi qüvvələri dəstəkləməkdən geri çəkiləcək, yeni proksi qüvvələr hazrlayacaq”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN

Seçilən
57
2
adalet.az

3Mənbələr