AZ

Əraqçi İsraili ekoloji cinayətlərdə ittiham ETDİ

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Tehranda həyata keçirdiyi hücumları “ekoloji cinayət” adlandıraraq bunun cəzasız qalmamalı olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Nazir sosial media hesabında yazıb ki, İsrailin Tehranda yanacaq anbarlarını bombalaması beynəlxalq hüququn pozulması və ətraf mühitə qarşı cinayətdir.

Onun sözlərinə görə, bu hücumlar insanların sağlamlığına və rifahına ciddi və uzunmüddətli ziyan vurur. Əraqçi bildirib ki, torpağın və yeraltı suların çirklənməsi gələcək nəsillərə də təsir göstərə bilər.

İranlı diplomat vurğulayıb ki, İsrail törədilən müharibə və ekoloji cinayətlərə görə cəzalandırılmalıdır.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
17
1
redaktor.az

2Mənbələr