AZ

İraqlı silahlı qruplaşma üzvləri Abadana gətirildi

Abadandan gələn məlumatlar göstərir ki, İraqda fəaliyyət göstərən İrana bağlı “Həşd əş-Şabi” (Həşdi-Şabi) silahlı qruplaşmasının sox sayda üzvü İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Abadan şəhərinə gətirilib.

KONKRET.az xəbər verir ki, bu barədə xarici media yerli mənbələrə istinadən məlumat yayıb.

“Son günlərdə Abadana çox sayda qüvvənin köçürüldüyü müşahidə olunur; bu qüvvələr əvvəllər yanvar etirazlarını yatırmaq üçün bölgəyə göndərilmişdi”, – məlumatda bildirilir.

İddia edilir ki, bu qüvvələrə məxsus bir sıra silah və hərbi nəqliyyat vasitələri Abadan şəhər mərkəzinin avtoparkında yerləşdirilib.

Mənbələrin bildirdiyinə görə, iki gün əvvəl əyalətin Xürrəmşəhr gömrük ərazisində də raket buraxılış qurğuları yerləşdirilib.

Seçilən
33
1
konkret.az

2Mənbələr