AZ

Britaniyada şirkətlər qaz saxlama tutumunun artırılmasını tələb edir

BAKI, 16 mart. TELEQRAF

Böyük Britaniyanın enerji şirkətləri Yaxın Şərqdəki münaqişə fonunda qiymətlərin artması və tədarükdə mümkün fasilə riskləri səbəbindən hökuməti qaz anbarlarının tutumunu artırmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Avropa və Böyük Britaniyada qazın qiymətləri 50%-dən çox artıb ki, bu da yanacaq tədarükü uğrunda Avropa və Asiya ölkələri arasında rəqabəti gücləndirib.

Sənaye nümayəndələrinin fikrincə, qiymət sıçrayışları və mümkün tədarük fasilələri riskini azaltmaq üçün Böyük Britaniyada qaz anbarlarının həcmi artırılmalıdır. Hazırda ölkədə səkkiz özəl qaz anbarı fəaliyyət göstərir və orada saxlanılan qaz təxminən 13 gün üçün kifayətdir. Nəşrin qeydinə görə, bu göstərici bir çox Avropa ölkəsi ilə müqayisədə daha aşağıdır.

Seçilən
38
teleqraf.com

1Mənbələr